Ermənistan əsgəri Qazaxla sərhəddə minaya düşdü
Bizi izləyin

Region

Ermənistan əsgəri Qazaxla sərhəddə minaya düşdü

Tavuşun Kirants kəndi yaxınlığında erməni əsgəri minaya düşüb.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Sputnik Ermənistan”a Ermənistan Müdafiə Nazirliyindən təsdiqləyiblər.

“Hərbçi mina partlaması nəticəsində yaralanıb”, - deyə Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan bildirib.

Bir müddət əvvəl Tavuş rayonunun Kirants kəndinin sakinlərindən biri “Sputnik Ermənistan”a məlumat vermişdi ki, mina təmizləmə işləri zamanı istehkamçı minaya düşüb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm