Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
Bizi izləyin

Region

Nazir müavininin oğluna 7 il həbs cəzası verildi

Rusiya daxili işlər nazirinin müavini İqor Zubovun oğlu Denis Zubov 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin o, külli miqdarda cərimə edilib.

Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

“Zubov 7 il azadlıqdan məhrum edilib və 18 milyon rubl cərimə edilib. Zubovla birlikdə müttəhimlər kürsüsündə “Dinamo-Samara” mini-futbol klubunun prezidenti İqor Karpov və MO NTP neft bazasının keçmiş direktoru Vasili Ermakov da var idi. Onlar da həbs və cərimə ediliblər”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, müttəhimlər böyük pul mükafatı müqabilində FTX-nin regional idarəsindən özlərini müdafiə etməyi planlaşdırıblar. Onlar gizli məmura rüşvət verməyə cəhd edərkən saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm