İranda məşhur rejissora bu cəza verildi: Həbs, müsadirə...
Bizi izləyin

Region

İranda məşhur rejissora bu cəza verildi: Həbs, müsadirə...

İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulofu 8 il həbs, cərimə və əmlakı müsadirəsi ilə cəzalandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) rejissorun vəkilinə istinadən məlumat yayıb. Agentlik qeyd edir ki, bu, Rəsulofvun “Müqəddəs Əncirin Toxumu” (2024) filmi Kann Film Festivalı üçün seçildikdən sonra baş verib.

Vəkil bildirib ki, məhkəmə Rəsulofu “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək” niyyəti ilə filmlər çəkdiyi üçün həbs cəzasına məhkum edilib.

İranlı rejissor daha əvvəl 2022-2023-cü illərdə həbsdə olub və səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm