Türkiyə ordusu Suriyada 5 terrorçunu məhv etdi
Bizi izləyin

Region

Türkiyə ordusu Suriyada 5 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyat bölgələrində 5 terrorçunu zərərsizləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəni ən qəti şəkildə davam etdirir.

Bildirilib ki, Türkiyə ordusu İraqın şimalındakı Qəndil bölgəsində 2 PKK terrorçusunu, Suriyanın şimalında "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatları aparılan ərazilərdə isə 3 YPG terroçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm