ABŞ-ın sanksiyaları: Ankara və Moskva üçün "fürsət pəncərəsi" olacaq, yoxsa...
Bizi izləyin

Region

ABŞ-ın sanksiyaları: Ankara və Moskva üçün "fürsət pəncərəsi" olacaq, yoxsa...

Rəsmi Ankara lazımi siyasi iradə göstərsə, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ölkəyə fayda verə bilər.

Publika.az xəbər verir ki, bunu türkiyəli politoloq Mehmet Perincek deyib.

Yerli maliyyə bazarındakı məlumatlı mənbə bildirib ki, Türkiyə bankları Rusiya ilə əməliyyatlara görə ABŞ-dan artan təzyiqlərlə üzləşirlər və mütəmadi olaraq köçürülən vəsaitlərin mənbələrinə ciddi nəzarətin zəruriliyi ilə bağlı xəbərdarlıqlar alırlar.

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov "RİA Novosti"yə bildirib ki, Türkiyə banklarında Rusiyaya tranzit malların daşınması ilə məşğul olan şirkətlərin “sıxılması” halları tez-tez baş verib, köçürmələrin bloklanması və hesabların bağlanması halları müşahidə olunur.

“Əslində, ABŞ-ın Türkiyəyə sanksiya təzyiqi imkanlar açır, bu, Ankara və Moskva üçün bir növ fürsət pəncərəsidir. Söhbət Türkiyənin enerji mərkəzi, turizm, ticarət, logistika mərkəzi olmaq imkanından gedir”, - Perincek bildirib.

Onun sözlərinə görə, dolayısı ilə ABŞ-ın sanksiyalar təzyiqi Türkiyəyə ya xeyir, ya da zərər verə bilər.

“Bu siyasi iradənin nümayiş etdirilməsi ona görə vacibdir ki, Türkiyədə Rusiya ilə əlaqəsi olmayan iqtisadi sektor yoxdur, çünki hər hansı bir enerji böhranı turizmdən tutmuş kənd təsərrüfatına qədər digər sektorları da əhatə edə bilər", - analitik vurğulayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm