Region
Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? - ŞOK DETALLAR

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə Ukraynada müharibəni bitirməklə bağlı son çağırışı şok effekti yaratsa da, diplomatik dəhlizlərdə gizli danışıqların aparıldığı haqda məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” (IO) nəşri Trampın andiçmə mərasimindən daha öncə ABŞ və Rusiya arasında gizli təmas xəttinin qurulduğunu yazır.
Tramp gizli təmas xətti ilə Putinə “Əsas prioritet Ukrayna müharibəsinə son qoymaqdır” mesajını çatdırıb. Bununla yanaşı, hər iki lider Trampın inauqurasiyasından bir ay sonra – fevral ayında müharibənin bitirilməsi məqsədilə zirvə görüşü keçirmək üçün anlaşıb. İddialara görə, Tramp Zelenskiyə sülh üçün “ağrılı resept” təqdim edəcək.
Kəşfiyyat mənbələri Tramp və Putinin gizli təmas xətti ilə danışdığını bildirir. Bu görüşdən sonra Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa “müharibəni bir ayın içində bitirin” təlimatı verib. Kelloqun rusiyalı həmkarları ilə ötən ay Parisdə müzakirələr apardığı, hətta Kiyevdə siyasi hadisələrin mümkün inkişafına hazırlıq məqsədilə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə də görüşdüyü haqda məlumatlar var.
Kəşfiyyat mənbələri Trampın “bütün ssenarilərə hazır olduğu”nu bildirir. ABŞ prezidenti bir tərəfdən sülh üçün gizli kanallarla müzakirələri davam etdirir, digər tərəfdən “Avropanın mümkün müharibəyə hazırlıq vəziyyətini” araşdırır.
Məlumatlara görə, ABŞ Xüsusi Qüvvələr Komandanlığı Rusiya hərbi kəşfiyyatı (QRU) ilə sülh müzakirələrinin texniki tərəfini hazırlamaq istiqamətində işləyir. Bununla yanaşı, QRU Fransa, Türkiyə, Qazaxıstan və Serbiyada Ukraynalı həmkarları ilə sülh müzakirələrini aparır. Hətta Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdə tərəflər arasında böhran yaşandığı da deyilir.
Kəşfiyyat mənbələrinə görə, gizli təmaslarda iştirak edən şəxslərin Tramp-Putin zirvəsindən öncə - qarşıdakı həftələrdə Vaşinqtonda yerləşən, Ağ Evin yaxınlığındakı “The Mayflower Hotel”də görüşəcəyi gözlənilir.
Asif
-
Sosial02:12
7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? - VİDEO
-
Səhiyyə00:15
Bu qadınlar qəfil ürək ölümü riskinə məruz qalırlar
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Danışıqlar sabaha saxlanılacaq
-
ABŞ21 Oktyabr 23:12
Luvr muzeyinə dəyən maddi zərər HESABLANDI
-
Magazin121 Oktyabr 23:00
Kamilənin "Son zəng" FOTOSU
-
İdman21 Oktyabr 21:48
"Atletik"lə matçda "Qarabağ"ın futbolçularını nə gözləyir? - Qurbanov AÇIQLADI
-
Hadisə21 Oktyabr 21:36
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü (YENİLƏNDİ)
-
Sosial21 Oktyabr 20:36
19 yaşlı Ləmanın atası HƏR ŞEYİ DANIŞDI: ölümünə səbəb bu olub - FOTO