Region
Ərdoğanla Putin arasında KRİTİK MÜZAKİRƏ: Moskva narahatdır... - YENİLƏNDİ
Rusiya Federasiyası və Türkiyə prezidentləri telefon danışığı zamanı Suriyadakı mövcud vəziyyəti ətraflı müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
Açıqlamada qeyd edilir ki, söhbət Ankaranın təşəbbüsü ilə baş tutub. Əsas müzakirə mövzuları ticarət və enerji sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı cari məsələlər, eləcə də Suriyada vəziyyətin kəskin şəkildə pisləşməsi olub.
“Putin radikal qruplar tərəfindən Suriya dövlətinə qarşı terror təcavüzünün tez bir zamanda dayandırılmasının və qanuni hakimiyyətin bütün ölkədə sabitliyin və konstitusiya nizamının bərpası istiqamətində səylərinə hərtərəfli dəstək verilməsinin vacibliyini vurğulayıb”, - Kremldən bildirilib.
Kremlin yaydığı məlumatdan belə çıxır ki, söhbət zamanı dövlət başçıları Suriya üzrə ikitərəfli formatda və Astana prosesi çərçivəsində əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Eyni zamanda, siyasətçilər regionda vəziyyətin normallaşdırılması üçün Rusiya Federasiyası, Türkiyə və İran arasında əməkdaşlığın əsas əhəmiyyətini bəyan ediblər.
"Prezidentlər böhranı azaltmaq üçün addımların axtarışı kontekstində bir-biri ilə əlaqə saxlamağa davam edəcəklər", - məlumatda vurğulanıb.
xxx
20:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyayalı həmkarı Vladimir Putin telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə liderinin ofisinə istinadən məlumat yayıb.
“Söhbət zamanı Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlər, Suriyada baş verən son hadisələr, qlobal və regional problemlər müzakirə edilib”, - Ərdoğanın ofisindən bildirilib.
Hüseyn İbadlı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
MDB10:32Rusiya səmasında gərgin gecə: Rekord sayda dron hücumu dəf edildi
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı





































