Region
Ərdoğan Barzani ilə bu məsələləri müzakirə etdi - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Muxtar Regionunun rəhbəri Neçirvan Barzanini Prezident Sarayında qəbul edib.
Publika.az xəbər verir ki, qəbul zamanı Türkiyə-İraq münasibətləri, İKMR ilə əməkdaşlıq və regional inkişaf müzakirə olunub.
Ərdoğan görüşdə bildirib ki, Türkiyə bölgədə sülh və sabitliyi hədəfləyir, İraqın zorakılıq girdabından uzaq tutulması kritik əhəmiyyət daşıyır və İKMR-nin bu istiqamətdə atdığı addımları izləyir.
Türkiyə lideri İraqda keçiriləcək Nümayəndələr Məclisi seçkilərinin bütün İraq xalqı üçün xeyirli olmasını arzuladığını və İraqın sülh və təhlükəsizliyini ölkəsində ayrı görmədiyini vurğulayıb.
O, İraq Mərkəzi Hökuməti ilə İKMR arasında neft sahəsində əldə olunan razılaşmanı məmnuniyyətlə qarşıladığını və “İnkişaf Yolu” layihəsi ilə bağlı razılaşmanın yaxın zamanda əldə olunmasının bütün bölgənin mənafeyinə uyğun olacağını qeyd edib.
Türkiyə Prezidenti "Terror olmayan Türkiyə” prosesinin uğurla nəticələnməsində qərarlı olduqlarını və İKMR-nin Suriyanın ərazi bütövlüyü və birliyinə verdiyi dəstəyin davam etməsini vacib hesab etdiklərini bildirib.
Görüşdə Ərdoğanı Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya rəhbəri Burhanettin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç müşayiət ediblər.
Hüseyn İbadlı
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO





































.png)