Region
Türkiyədə ali təhsil alanlara ŞAD XƏBƏR - Müddət üç ilə endiriləcək
Türkiyədə universitet təhsilinin müddəti 3 ilə endirilə bilər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millet Kongre və Mədəniyyət Mərkəzində keçirilən 2025-2026 Təhsil ili açılış mərasimində çıxış edərkən məlumat verib.
O bununla bağlı islahatların gündəmdə olduğunu açıqlayıb.
Ərdoğan, bu islahatların Avropa ölkələrindəki təcrübələrə uyğun olaraq tələbələrin 3 ildə məzun olmasına imkan verəcəyini bildirib. O, bu dəyişikliklərin ali təhsil sistemini daha səmərəli və beynəlxalq standartlara uyğun hala gətirəcəyini vurğulayıb.
Əlavə olaraq, Yükseköğretim Kurulu (YÖK) Başkanı Prof. Dr. Erol Özvar da bəzi proqramlarda 3 ildə məzuniyyət imkanı təmin edəcək struktural islahatların gündəmdə olduğunu qeyd edib.
Bu islahatların tətbiqi ilə bağlı konkret tarixlər və detallı məlumatlar hələ açıqlanmayıb. Lakin, Prezident Ərdoğanın çıxışı və YÖK rəhbərliyinin açıqlamaları, bu istiqamətdə ciddi hazırlıqların aparıldığını göstərir.
Hüseyn İbadlı
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi



































.jpg)


