Region
Ermənilər Paşinyandan soruşur: Azərbaycana səfər etmiş şəxslər sərhəddə niyə incidilir?
Ermənistanında insanların sərhədi keçərkən pasportları diqqətlə yoxlanılır, xüsusən də Ermənistana gələnə qədər hansı ölkələrdə olduqları araşdırılır.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb. Bildirilir ki, daha əvvəl Azərbaycana səfər etmiş şəxsılər Ermənistana daxil olarkən incidilir.
“Bizə dedilər ki, bu yaxınlarda Ermənistan-Gürcüstan sərhədini keçərkən Qazaxıstandan olan yaşlı ər-arvada sadəcə olaraq bu yaxınlarda Azərbaycana ezamiyyətlə getdiklərinə görə xeyli əziyyət veriblər.
Ərin sərhədi keçməsinə icazə verilib, amma arvad ciddi sorğu-sual edilib, uzun müddət Azərbaycana niyə getdiyini, nə qədər qaldığını, nə vaxt orada olduğunu, harada olduğunu və s. suallar veriblər”, - nəşr qeyd edib.
Məqalədə bildirilir ki, Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh bağlamağın vacibliyindən danışır, xalq arasında təbliğat aparır, digər tərəfdən isə daha əvvəl Azərbaycanda səfərdə olmuş turistləri az qala agent kimi qəbul edir.
Məqalədə qeyd edilir ki, bu da Ermənistan hakimiyyətinin fəaliyyətində qeyri-səmimi olduğunu göstərir.
Tural
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi



































.jpg)


