Region
Məşhur narkobaronlar tutularaq Türkiyəyə ekstradisiya edildi
Türkiyə Daxili İşlər Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) uyğun qurumları ilə həyata keçirdikləri birgə əməliyyat nəticəsində narkobaron Abdullah Alp Üstün (ləqəbi "Don Vito" ) və onunla eyni mütəşəkkil cinayətkarlıq təşkilatının maliyyə əməliyyatları üzrə "məsul şəxsi" Hasan Lala tutulub.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.
O bildirib ki, şübhəlilər oktyabrın 11-də səhər saatlarında Türkiyəyə ekstradisiya edilib.
Məlumata görə, Abdullah Alp Üstünün "CHROOKE" adlandırılan mütəşəkkil cinayətkarlıq təşkilatının başçısı olduğu müəyyənləşib və barəsində qırmızı bülletenlə beynəlxalq axtarış elan olunub. Hasan Lala da həmin təşkilatda maliyyə əməliyyatlarından "məsul şəxs" olduğuna görə beynəlxalq axtarışa verilib.
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq25 Aprel 17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış





































.png)