Region
İran BAEA ilə əməkdaşlığı dayandırdı
İran Misirdə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əldə olunan razılaşmaların icrasını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
"Qahirə razılaşması hazırda dayandırılıb və biz nüvə məsələlərində BAEA ilə əməkdaşlığı dayandırmışıq", - deyə Əraqçi İran televiziyasında canlı yayımda bildirib.
Sentyabrın sonunda İranın Ali Milli Təhlükəsizlik Şurası BAEA ilə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. Bu tədbir BMT-də Tehrana qarşı sanksiyalara dair səsvermədən sonra atılıb.
Bəyanatda qeyd olunub ki, Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli ilə bağlı təklif olunan planlara baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən MAQATE ilə qarşılıqlı fəaliyyət dayandırılacaq.
Vurğulanıb ki, hətta əməkdaşlığın dayandırılması kontekstində də İran Xarici İşlər Nazirliyinə ölkənin milli maraqlarını qorumaq üçün İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı çərçivəsində MAQATE ilə məsləhətləşmələri davam etdirməsi tövsiyə olunur.
Hüseyn İbadlı
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq25 Aprel 17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış





































.png)