Region
Diplomatik qalmaqal: Gürcüstan ATƏT rəhbərinə qapını göstərdi
Gürcüstanın baş naziri İrakli Kobaxidze nümayişkaranə şəkildə Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşü ləğv edib.
Publika.az xəbər verir ki, Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı rəsmi açıqlamaya görə, buna səbəb onun Tbilisidə hökumət əleyhinə mitinqdə iştirakı olub.
“Dünən qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar səbəbindən baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşü ləğv edib”, - məlumatda deyilir.
Ötən axşam Valtonen Tbilisidə rəsmi səfərdə olarkən parlament binası qarşısında keçirilən etiraz aksiyasında iştirak edib. Xəbər agentliklərinin məlumatına görə, o, təkcə etirazçılarla danışmaqla kifayətlənməyib, həm də onlara dəstək ifadə edib, sosial şəbəkədə çoxlu sayda insanın iştirak etdiyini qeyd edən və etirazçıların əsas azadlıqlarından məhrum edildiyini iddia edən video yayımlayıb.
Bu addım rəsmi Tbilisinin qəzəbinə səbəb olub.
Tural
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi


































.jpg)


