Region
Ermənistanda müəmmalı həbslər: 6 keşiş saxlanılıb, biri "qeyb"ə çəkilib
Bu gün səhər saatlarında Ermənistanda səs-küylü həbslər baş verib. Həbslər Erməni Apostol Kilsəsinin Araqatsotn Yeparxiyasının keşişlərinə aiddir.
Publika.az xəbər verir ki, bu barədə vəkil Ara Zöhrabyan "Sputnik Ermənistan"a bildirib.
Bildirilir ki, onların arasında yepiskop Mkrtıç Proşyan da olub.
İstintaq Komitəsi bu keşişləri saxlayıb: Paren Arakelyan, Manuk Zeynalyan, Hayk Saakyan, Gevond Qapoyan və Mkrtıç Yeranyan.
Vəkil bir neçə mülki şəxsin saxlanması barədə də məlumat verib. Hələlik hüquq-mühafizə orqanlarından rəsmi açıqlama verilməyib və din xadiminin saxlanmasının səbəbləri müəmmalı olaraq qalır. Zöhrabyan ehtimal edir ki, hadisələrin baş verməsi keşiş Aramın Ermənistanın İctimai Televiziyasına verdiyi son açıqlaması ilə bağlıdır. Həmin müsahibədə keşiş 2021-ci ildə müxalifətin etiraz aksiyalarında iştirak etməyə məcbur edildiyini iddia edib.
Zöhrabyanın sözlərinə görə, vəziyyət onunla çətinləşir ki, İstintaq Komitəsi yepiskop Proşyanın harada olması barədə məlumat vermir.
"Bu, yepiskop Mkrtıçın (əsl adı Hayk Proşyan) hüquqlarının kobud şəkildə pozulmasıdır. Dövlət orqanının bu cür davranışı birmənalı olaraq Ermənistan Cinayət Məcəlləsinin 421-ci (zorla yoxa çıxarma) maddəsinə aiddir", - vəkil vurğulayıb.
Adəm
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi


































.jpg)


