Region
Türkiyə və Rusiya arasında "S-400" müzakirəsi - Lavrovdan sonra Fidan hansı açıqlamanı verib?
"Türkiyə 2017-ci ildə Rusiyadan alınmış "S-400" hava hücumundan müdafiə sistemlərinin təkrar ixracı məsələsini müzakirə etməyə davam edir".
Publika.az “TRHaber”ə istinadla xəbər verir ki, bunu bu barədə respublikanın XİN başçısı Hakan Fidan məlumat verib.
“Bu məsələ ilə bağlı danışıqlar davam edir. Biz yekunlaşdıqdan sonra ictimaiyyəti məlumatlandıracağıq”, – deyə nazir bildirib.
Bir gün əvvəl BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyə həftəsində iştirakının yekunlarına dair mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrova Rusiyanın "S-400" zenit sistemlərinin Türkiyədən digər ölkəyə mümkün ötürülməsi barədə sual verilmişdi. Nazir bildirmişdi ki, əgər söhbət dost dövlətdən gedirsə, Moskva belə bir variantı nəzərdən keçirə bilər. Onun sözlərinə görə, hələlik Ankara Rusiyaya belə bir xahişlə müraciət etməyib.
Sentyabrın 20-də Fidan bəyan etmişdi ki, Ankara və Vaşinqton "S-400" zenit-raket kompleksləri əldə edildikdən sonra tətbiq edilmiş CAATSA qanununa (“Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə qarşı qoyulması haqqında”) əsasən ABŞ sanksiyalarının Türkiyədən qaldırılmasına gətirib çıxara biləcək “kreativ ideyalar” müzakirə edirlər.
Hüseyn İbadlı
-
İdman22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü






































