Türkiyədə qətliam törədən şəxs saxlanıldı
Bizi izləyin

Region

Türkiyədə qətliam törədən şəxs saxlanıldı

Türkiyədə qətliam törədən şəxs saxlanıldı

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda 8 nəfəri nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Publika.az xəbər evrir ki, bu barədə IHA agentliyi məlumat yayıb.

“Polis Əskişəhər vilayətinin Seyitqazi rayonunda 30 yaşlı Arif Özdemiri saxlayıb”, – deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, kişi avtomobilini ataraq polisdən qaçmağa çalışıb. Cinayətkarın motivlərini istintaq müəyyən etməlidir.

Bundan əvvəl Afyonkarahisar vilayətinin kəndlərində avtomobillərin içərisində odlu silah yaraları almış 8 nəfərin cəsədi aşkarlanmışdı. Uydükent kəndində isə yaralı qadın tapılmışdı. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Agentliyin məlumatına görə, üç müxtəlif avtomobildə tapılan ölən şəxslər arasında heç bir əlaqə olmayıb. Onlardan ikisi eyni məktəbdə çalışan müəllimlər olub. Bildirilir ki, hücum edən şəxs yolda hərəkət edən avtomobilləri təsadüfi qaydada saxladaraq onların içərisindəki insanlara atəş açıb. Ehtimal olunur ki, atəş açan şəxs ov tüfəngi ilə silahlanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm