Rəsmi xronika
İlham Əliyev: "Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır"
Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan vətəndaşlar dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik.
Publika.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 77-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2016-cı il dekabrın 2-də Zərdab Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlığı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin noyabr ayından dekabradək olan dövrü əhatə edir.
Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Belarus Respublikasının Prezidenti və İsrail Dövlətinin Baş naziri ilə apardığı danışıqlar, habelə imzalanan sənədlər barədə informasiyalar, dövlət və hökumət başçılarının mətbuata bəyanatlarının mətnləri daxil edilib. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən bir qrup din xadimini, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini, ABŞ və Böyük Britaniyanın yüksəkvəzifəli nümayəndə heyətlərini qəbul etməsi barədə materiallar yer alıb.
Oxucular bu kitabda ölkə rəhbərinin Füzuli, Tərtər və Ağdam rayonlarına səfərləri zamanı 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribatlar nəticəsində ziyan dəymiş evlərin tikintisi və bərpası ilə tanışlığı, xəstəxanalara gedərək Aprel döyüşlərində yaralanmış əsgərlərə baş çəkməsi, həmçinin bölgələrdə iqtisadi və sosial infrastruktur, mədəniyyət obyektlərinin, təhsil müəssisələrinin yeni binalarının açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla tanış ola bilərlər.
Kitabda dövlətimizin başçısının “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının, “Bakutel-2016” XXII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciətlərinin, Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılışı mərasimindəki nitqinin mətnləri də toplanıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 77-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO