Rəsmi xronika
Prezidentdən GÖSTƏRİŞ: Bu il 7 min ailə...
Bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Prezident bildirib ki, özünüməşğulluq proqramının icrası böyük ümidlər verir: “Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Hər il ən azı 7 min ailə, baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər”.
Dövlət başçısı vurğulayıb ki, Ailə Biznesinə Asan Dəstək - "ABAD" mərkəzləri yaradılır. Bu da çox müsbət haldır:
“Mən bu mərkəzlərin açılışında olmuşam və bu, "ASAN xidmət"in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5 mərkəzin açılması nəzərdə tutulur”.
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi