Rəsmi xronika
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik - Prezident
"Beynəlxalq təşkilatlarda tərəfdaşlığımıza gəldikdə, əminəm ki, biz bir-birimizi dəstəkləməyə, bir-birimizin maraqlarını müdafiə etməyə davam edəcəyik. Biz artıq bir sıra beynəlxalq təşkilatlarda çox yüksək səviyyəli həmrəylik nümayiş etdiririk. Bu, vacibdir. Çünki bu, həqiqətən də bizim əməkdaşlığın səmimi mahiyyətini əks etdirir".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edərkən deyib.
"İkitərəfli münasibətlərə gəldikdə əlbəttə ki, çox yüksək səviyyəli siyasi təmasların olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi üzərində diqqətimizi cəmləməliyik. Siz bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin ilkin mərhələsindəyik. Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin şirkətləri kimi fəal olacaqlar, gələcəklər, onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim olunacaq. Onlar dost ölkələrdən olan beynəlxalq şirkətlər komandasına qoşularaq yenidənqurmada iştirak edəcəklər. Düşünürəm ki, diqqəti cəmləşdirəcək çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycanda görəcək işləriniz çox olacaq. Sizə vəzifələrinizi uğurla həyata keçirməyi arzulayıram", - Prezident bildirib.
-
Magazin111:32
"Vətəndaş A" serialındakı bu səhnəyə görə aktyoru hədələdilər: "Əlini qırarıq"
-
Dünya11:02
Baydenə sərt təpki: Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır
-
MDB10:32
FTX Gürcüstanın sabiq nazirinə işləyən 11 nəfər saxladı: Görün nələr edirmişlər
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO