Rəsmi xronika
"Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər" - Korotçenko
“Ağdam rayonunda olduq. Şəhər yerlə-yeksan edilib. Bu, məqsədyönlü şəkildə edilib. Ətrafda minalanmış sahələr var. Əlbəttə ki, beynəlxalq hüquq baxımından bu, erməni komandanlığının ən vəhşi müharibə cinayətidir”.
Publika.az xəbər verir ki, bunu hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycanın Ağdam rayonuna səfərini şərh edərkən deyib.
“Salamat qalan yeganə bina məsciddir. O da ermənilər üçün hərbi obyekt olduğuna görə salamat qalıb. Bu, yenə də müharibə qaydalarını müəyyən edən bütün mövcud normalara ziddir”, – Korotçenko deyib.
Ekspert qeyd edib ki, Ermənistan özündən sonra məhv edilmiş şəhərlərdən başqa, minalanmış sahələr də qoyub: “Əvvəllər erməni işğalı altında olmuş ərazilərdə minalı sahələrin xəritələrinin verilməsinə dair tələblər tamamilə ədalətlidir və humanitar məsələlərdən irəli gəlir. İşğal altında olmuş torpaqlarda hazırda yeni nəqliyyat infrastrukturu yaradılır, yeni hava limanları inşa edilir. İşlərin əsas hissəsi başlayıb və inkişaf mərhələsindədir”.(Report)
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO