İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik

Biz bu günü 30 il səbirsizliklə gözləmişik.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm