7 min nəfərə şad xəbər - Prezident sərəncam imzaladı - VİDEO
Bizi izləyin

Rəsmi xronika

7 min nəfərə şad xəbər - Prezident sərəncam imzaladı - VİDEO

*****

Video əlavə edilib.

Prezident İlham Əliyev "Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm