Rəsmi xronika
İlham Əliyev: İstəyirik ki, UNESCO ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görsün
Biz uzun illər ərzində UNESCO-nu işğal edilmiş ərazilərə səfərə dəvət etmişik. Bizə verilən cavab isə belə olub ki, onlar siyasi mübahisələrlə bağlı məsələlərlə məşğul deyil. Beləliklə, bütün bu işğal illəri ərzində UNESCO-dan heç bir nümayəndə heyəti işğal altında olmuş ərazilərə səfər etməyib.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
Dövlətimizin başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi dayanan kimi bizə UNESCO-dan əraziləri ziyarət etməklə bağlı müraciətlər daxil olmağa başladı: “Çox şadam ki, bu dəyişiklik baş verib və biz indi UNESCO ilə onların səfərinə dair logistik məsələləri razılaşdırmağın yekun mərhələsindəyik. Ümid edirəm ki, onlar növbəti ay missiya ilə təşrif buyuracaqlar. Biz onların ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görmələrini istəyirik”.
Etimadın gücləndirilməsi tədbirlərindən danışan Prezident İlham Əliyev deyib: “Biz Ermənistan ilə Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək üçün bizə kömək edəcək istənilən təşkilatın fəaliyyətinə minnətdar olardıq. İstər ATƏT, Avropa İttifaqı, UNESCO olsun, istərsə də milli mövqedən çıxış edən ölkələr. Bu, tərəfimizdən yüksək qiymətləndirilərdi. Çünki bu olmadan, hətta bizim sülh razılaşmamız olsa belə, bu razılaşmanı xalq dəstəkləməyəcək. Xalq da öz iradəsini ifadə etməlidir. Xalqlararası təmaslar olmadan postmünaqişə vəziyyətini həll etmək olmaz. Odur ki, hesab edirəm, BMT iki ölkəyə müharibə yaralarını sağaltmağa kömək etmək üçün zəruri olanı edəcək”.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü