Prezident Zəfər tariximizdən danışdı
Bizi izləyin

Rəsmi xronika

Prezident Zəfər tariximizdən danışdı

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də - Zəfər Günündə Şuşada hərbçilərin qarşısında çıxışı zamanı bildirib.

“Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm