Rəsmi xronika
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Publika.az xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti dövlət səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, Özbəkistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Dövlət başçıları məmnunluqla hissi ilə qeyd ediblər ki, Azərbaycan Prezidentinin səfəri zamanı əldə olunmuş bütün razılıqlar icra edilir. Vurğulanıb ki, səfərdən bir ay vaxt keçməsinə baxmayaraq, ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəhbərlərinin qarşılılıqlı səfərləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar razılığa gəlinib. Qeyd olunub ki, avqustun əvvəlində Daşkənddə Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti iclası və Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək.
Söhbət zamanı Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib və Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib. Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.
Söhbət zamanı əməkdaşlığımızın gələcək inkişaf perspektivləri və dövlət başçıları arasında təmaslarla bağlı fikir mübadiləsi aparılıb.
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı