Rəsmi xronika
Azərbaycan və İndoneziya arasında Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.
Publika.az xəbər verir ki, fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək.

-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya05:45
Özbəkistanda dəhşətli partlayış - YENİLƏNDİ/ VİDEO
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi