Dünya
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır: ABŞ-a görün hansı göstəriş verildi
Yəhudilərin “Türkiyə” qorxusu günü-gündən artır. Haqqında həbs qərarı olan Benyamin Netanyahu Türkiyə ilə müharibə ehtimalı ilə bağlı hazırlıqları sürətləndirib, qlobal yəhudi lobbisi münaqişə vəziyyətində NATO-nun hansı mövqedən çıxış edəcəyi ilə maraqlanır.
Publika.az xəbər verir ki, Amerika Evangelist Neo-Con düşüncəsinin qurucularından biri olan ortodoks yəhudi Conatan Feldstein “All Israel News” nəşrində yayımlanan son məqaləsində maraqlı açıqlamalar verib.
ABŞ-da yerləşən “Yaradılış 123” Fondunun qurucusu Feldstein Türkiyəyə qarşı sərsəm iddialar səsləndirib, Ankaranın NATO-dan çıxarılmasının vaxtının çatdığını deyib:

“Türkiyə ya NATO-dan çıxarılmalı, ya da Türkiyəsiz NATO 2.0 qurulmalıdır. Ekspansionist məqsədləri və yenidən işlənmiş Osmanlı xilafətinin yaradılması vizyonu olan bir İslam dövlətinin NATO-ya daxil edilməsində məntiqin nə olduğunu bilmirəm, lakin bir vaxtlar məntiqli görünürdüsə, artıq mənası yoxdur. Türkiyəni NATO-dan çıxarmağın vaxtıdır. Türkiyəyə avropalı kimi baxmaq comərdlikdir və onların Şimali Atlantika ilə heç bir əlaqəsi yoxdur. Türkiyə Avropanı təhdid edir.
Türkiyə gərginlik yaradır, çünki NATO-nun belə geniş ekspansionist məqsədləri olan yeganə üzvüdür. Türkiyə həmçinin Suriyadan və başqa yerlərdən gələn milyonlarla qeyri-qanuni immiqrantın öz sərhədlərini keçərək əsl Avropaya daxil olmasına icazə verib. Son dövrlərdə regional müharibə ehtimalı heç vaxt bu qədər real olmayıb. Suriyada Əsəd rejiminin devrilməsində, silahlıların dəstəklənməsində Türkiyənin barmağı var”.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin uzaqmənzilli raket qabiliyyətinin gücləndiriləcəyini, 2000 km mənzilli raketlərin, eləcə də 800 km mənzilli raketlərin sayının artırılacağını açıqlayıb.
Bu günlərdə İstanbulda minlərlə insan İsrail əleyhinə nümayiş keçirərək qəzzalılar və Həmasla həmrəy olduqlarını bildiriblər.
İsrailin Türkiyə ilə birbaşa silahlı qarşıdurma riskinin artmasını qiymətləndirən “Nagel” Komitəsinin son hesabatında Təl-Əvivin mümkün müharibəyə hazırlaşması lazım olduğuna dair işarələr artır.
Aysel Şahmar
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər








.jpg)
.jpg)
.webp)























