Sağlamlıq
Böyrək daşından əziyyət çəkənlərə şad xəbər
Türkiyənin tanınmış həkimlərindən Erdal Yılmaz böyrək daşından əziyyət çəkənlərə şad xəbər verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, doktor Erdal Yılmaz dərmanlardan istifadə etmədən böyrək daşlarından xilas olmağın mümkün olduğunu bildirib.
Həkim böyrəkdə daşların yığılmasının əsas səbəbini sidikdə sitrat miqdarının az olması ilə əlaqələndirib:
"Sidikdə bir çox maddələr olur. Bunlardan biri də sitratdır. Sitratın az olması böyrəklərdə daşın yaranmasına səbəb olur. Mədə xəstəliklərindən əziyyət çəkənlər böyrək daşlarını əridən dərmanlardan istifadə edə bilmirlər. Ancaq araşdırmalar sübut edib ki, təbii qidalar sayəsində dərmanlarsız da daşları əritmək olar”.
Həkimin sözlərinə görə, təbii üsulla böyrək daşlarından xilas olmaq üçün sitratla zəngin olan qidalar istehlak etmək lazımdır. Bu qidalardan ən təsirli olanlar sitrus meyvələri və pomidordur.
“Bəzi qidalar xəstənin sidiyində sitrat miqdarını artıra bilir. Bu da böyrək daşlarından xilas olmağa kömək edir. Bu baxımdan ən təsirli qidalar sitrus meyvələridir. Xüsusilə, portağal və limon böyrək daşlarından xilas olmağı asanlaşdırır. Biz xəstələrə gündə 1 stəkan portağal şirəsi içməyi tövsiyə edirik. Bir litr suya bir ədəd limonun şirəsini sıxıb içmək də olduqca təsirli üsuldur.
Araşdırmalar böyrək daşlarını ərtiməkdə pomidorun da ən az sitrus meyvələri qədər təsirli olduğunu ortaya çıxarıb. Yay aylarında portağal əvəzinə pomidordan istifadə etmək daha məsləhətlidir”.
Ləman Sultan
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO