Sağlamlıq
Bu qidalar gənc yaşda infarkt riskini artırır
Böyük Britaniya və Finlandiyadan olan bir qrup elm adamı uşaqlıqda çox yağlı, şirin və yüksək kalorili qidaların qəbulunun gənc yaşda insult və infarkt riskini artırdığını müəyyən edib.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “British Journal of Nutrition” jurnalında dərc olunub.
Mütəxəssislər yeddi yaş və daha yuxarı 4700-dən çox könüllünün qidalanma vərdişlərini və pəhrizini təhlil ediblər. İştirakçılar 17 yaşında olduqdan sonra tədqiqatçılar nəbz dalğasını ölçməklə onların arterial sərtliyini qiymətləndirdilər.
Mütəxəssislər izah ediblər ki, arterial sərtlik infarkt və insultun əsas tətikçilərindən biridir. Beləliklə, qeyri-kafi qidalanma hətta gənc yaşda da sağlamlığa zərər verə bilər.
Murad
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































