Sağlamlıq
İş stresinə qarşı 5 qızıl qayda
Stresin çox qaynağı ola bilər. Amma onlardan ən önəmlisi işlə bağlıdır. Yorğunluq, gərgin iş mühitinin səbəb olduğu stres həyat eşqinin, əmək məhsuldarlığının azalmasına təsir edir. Bu səbəbdən insanın fikrini işə cəmləməsi üçün bəzi zərurətlər var. Əslində, stresə qarşı hər kəsin fərqli mübarizə üsulu var. Bəziləri siqaret çəkir, başqası spirtli içki qəbul edir, üçüncüsü yemək yeyir. Bəziləri isə açıq havaya çıxıb dərindən nəfəs almaqla kifayətlənir.
Türkiyəli psixoloq Qəmzə Şənbursa iş stresini azaltmaq və yorğunluğu dəf etmək üçün 5 təsirli ipucu verib. Publika.az psixoloqun açıqlamasını təqdim edir.
Bu məlumatlar sayəsində stresi ciddi problemə çevrilmədən dəf etmək mümkündür.
Ananıza və ya ailə üzvlərindən birinə zəng edin
İşiniz başınızdan aşsa da, ananızla 2-3 dəqiqəlik söhbət sizi iş stresindən uzaqlaşdırıb sakitləşdirəcək. Stresli bir işi yerinə yetirdikdən sonra telefonda anaları ilə söhbət etmək kortizol (stres hormonu) hormonunu aşağı salır, seretonin səviyyəsini isə yüksəldir.
Söhbət edin
Əgər iş yoldaşlarınızın hərəkətləri, davranışı sizi narahat edirsə, fikirlərinizi başqa biri ilə paylaşın. Söhbət etmək və fasilə vermək stres və narahatlığın qarşısını almaq üçün olduqca təsirli üsuldur.
Gülüş fasiləsi
Əgər işdə gərginlik hiss edirsinizsə, özünüzə 5-10 dəqiqə vaxt ayırın və internetdə gülməli bir video izləyin. Araşdırmalar göstərir ki, qəhqəhə insanı sakitləşdirir, qan təzyiqini və nəbzi yüksəldir.
Axşamlar və həftə sonları internetdən çox az istifadə edin
Elektron poçtunuza az baxmaq stres və gərginlikdən sizi azad edir. Ona görə də həftə sonları internetdən çox az istifadə etməyə çalışın.
Şokolad yeyin
Şokolad yemək insanı rahatlaşdırır. Belə ki araşdırmaya qatılan iştirakçılara 2 həftə ərzində hər gün şokolad verilib. Şokoladın stres hormon səviyyəsini aşağı saldığı və stresin səbəb olduğu metabolik təsirləri yüngülləşdirdiyi məlum olub. Siz də stresli günlərdə əhvalınızı şokoladla tənzimləyin.
Aytən
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ