Hamilələr kartof yeməsin! – XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

Hamilələr kartof yeməsin! – XƏBƏRDARLIQ

Araşdırmalar kartofla bağlı inanılmaz bir həqiqəti ortaya çıxarıb.

Publika.az xəbər verir ki, ingiltərəli elm adamları hamiləlik dövründə kartof yeyən qadınların şəkər xəstəliyinə yaxalanmaq riskinin artdığını müəyyənləşdirib.

10 il müddətində 15 min qadının iştirakı ilə həyata keçirilən araşdırma göstərib ki, hamiləlik dövründə həftədə 1 dəfə kartof yemək şəkər xəstəliyi riskini 20 faiz artırır. Həftədə iki dəfə və daha çox kartof yeyənlərdə bu risk 27 faiz artır.

Həftənin 5 günü müxtəlif yeməklərin tərkibində kartof qəbul etdikdə isə xəstəlik riski 50 faiz artmış olur.

Odur ki, alimlər hamiləlik zamanı kartof yeməməyi məsləhət görüb. Kartofun ana bətnindəki körpəyə zərərli olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalar davam etdirilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm