Plastik qablar sağlamlığa ziyan vurur
Bizi izləyin

Sağlamlıq

Plastik qablar sağlamlığa ziyan vurur

Alimlər plastik qabların insan orqanizminə təsirini araşdırıblar.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, tədqiqatlar zamanı plastik qabların tərkibində Bisfenol-A adlı zərərli maddənin olduğu aşkar edilib. Eyni maddənin plastik qablarda çoxlu miqdarda içki qəbul edən insanların qanında da tapıldığı bildirilir. Bu qablardan istifadə zamanı zərərli maddə insan orqanizminə sorulur. Elmi sınaqda iştirak edən insanların 95 faizinin orqanizmində Bisfenol-A aşkarlanıb. Bu qablardan dörd gün istifadə etmədikdə maddənin iki dəfə azaldığı müşahidə edilib.

Alimlərin sözlərinə görə, bu tip qablar günəş isitməsi və ya təkrar istifadədən sonra daha təhlükəlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm