Sağlamlıq
Ehtiyatlı olun: Yeni il süfrəsində təhlükə saçan qidalar - SİYAHI
Yeni il süfrəsində ən təhlükəli qidalar mayonezli salatlar və qaymaqlı tortlardır.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə immunoloq və teleaparıcı Andrey Prodeus danışıb.
Mütəxəssis insan sağlamlığına təhlükə yaradan məhsulların siyahısını sadalayıb.
"Yeni il ərəfəsində süfrədə ən təhlükəli şey təbii ki, spirtli içkilərdir. Aydındır ki, bioloji pozulma nöqteyi-nəzərindən bədənimizi korlayır", - deyə Andrey Prodeus vurğulayıb.
“Ən təhlükəli məhsullar mayonez və xama ilə ədviyyatlı salatlar, əsası qaymaqlı olan xəmir və tortlardır. Bu, tez xarab olan bir şeydir. Bunlar təhlükə baxımından birinci yerə qoyacağım məhsullardır”, - Prodeus deyib.
Həkimin sözlərinə görə, ikinci yeri, uzun müddət Yeni il süfrəsində qalan ət, toyuq, balıq və kürü bölüşür. O, izah edib ki, bu növ məhsullar mikroorqanizmlərin inkişafı üçün "əla mühit" yaradır.
“Üçüncü, souslarla ədviyyatsız salatlar, yəni sadəcə göyərti və tərəvəzlərdir. Onları yusan da yenə də təhlükəli ola bilər. Çünki onlar bir neçə gün masa üstündə qalır və təəssüf ki, biz hər dəfə onları istehlak edərkən yumağa ərinirik və yaxud "onsuz da yuyulub" deyirik. Buna görə də, onlar da bakteriya inkişafı üçün substrat ola bilərlər”, - deyə Prodeus yekunlaşdırıb.
Adəm Abbaslı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































