Beyin xərçənginə MÖCÜZƏLİ üsulla qalib gəldi - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Beyin xərçənginə MÖCÜZƏLİ üsulla qalib gəldi - FOTOLAR

Ölümcül beyin xərçənginə tutulan Dave Bolton ömrünə 12 qalmış ağır xəstəliyə ketogenik pəhriz ilə qalib gəldiyini iddia edib.

Publika.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 35 yaşlı amerikalı kişiyə ölümcül - GBM4 beyin şişi diaqnozu qoyulub. Həkimlər 2 uşaq atası olan Davedə müalicəsiz 3, müalicəylə isə ən çox 12 ay yaşaya biləcəyini deyib.

Keçmiş polis məmuru xərçənglə mübarizə aparmaq üçün orijinal metod seçib. Belə ki, o, karbohidrat baxımından az olan qidalar yeməyə və ketogenik pəhriz saxlamağa qərar verib. Karbohidrat, şəkər, meyvə və bir çox tərəvəzi də menyusundan çıxaran Dave Bolton ət, süd və süd məhsulları, yağ baxımından zəngin qidalara üstünlük verib. O, bu pəhrizin şişlərin böyüməsinin qarşısını almaqda təsirli olduğunu deyib.

Bir çox həkim ketogenik pəhrizin effektinin təsdiq olunmadığını dediyi halda, bəziləri onun möcüzələr yaarda biləcəyinə inanır. Məşhur onkoloq Karol Sikora məsələ ilə bağlı fikirlərini bildirib. O, bildirib ki, alternativ müalicələrin işə yaradığını göstərən sübutlar yoxdur: “Buna baxmayaraq, çoxları alternativ müalicəyə inanır. Ənənəvi müalicədən imtina edilməmək şərti ilə alternativ üsulları da sınaqdan keçirmək olar. Ancaq tibbi müalicəni rədd edib və yalnız alternativ yollara üz tutmaq böyük səhvdir".

Dave isə həm həkimlərin təklif etdiyi müalicə, həm də ketogenik pəhrizlə xərçəngə qalib gəldiyini idda edib. İyun ayında keçirilən tədqiqatlarda şişin böyük bir hissəsinin məhv olduğunu görən Dave Bolton ümidini itirmir. O, bu üsulla 10 ilə qədər yaşayacağına inanır. Dave müalicə müddətində müsbət düşüncənin xəstəliyin müalicəsində də təsirli olduğunu ifadə edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm