İnsan orqanizminin QATI DÜŞMƏNLƏRİ: Sulu qəlyan, ətirli siqaretlər...
Bizi izləyin

Sağlamlıq

İnsan orqanizminin QATI DÜŞMƏNLƏRİ: Sulu qəlyan, ətirli siqaretlər...

Sulu qəlyandan və mentollu siqaretlərdən istifadə gənclər arasında xəstəlik və ölüm riskini artırır.

Gənc nəslin fiziki və mənəvi baxımdan sağlam olması dövlət gənclər siyasətinin qarşısında duran əsas məqsədlərdəndir. Səhiyyə Nazirliyi də gəncləri onların sağlamlığına zərər vura biləcək təhlükələr barəsində xəbərdar edir və gələcək nəslin mənəvi-fiziki inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hazırda bəzi istirahət məkanlarında bir çox gənclər öz sağlamlıqlarını təhlükə altında qoyaraq sulu qəlyandan istifadə edirlər: “Gənclər arasında qəlyanın təhlükəsiz tütünçəkmə üsulu olması barədə yanlış düşüncə formalaşıb. Adi siqaretə nisbətən qəlyan çəkdikdə insan orqanizmi daha çox kanserogen maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur. Qəlyan tüstüsündəki zərərli, o cümlədən kanserogen maddələr adi siqaret çəkən insanlarda yaranan xəstəliklərə gətirib çıxarır”.

Sulu qəlyanla yanaşı bir sıra ətirli siqaretlərin də insan orqanizminə mənfi təsirindən danışan L.Bayramova qeyd edib ki, bəzi adamlar nanəli və yanlış olaraq “yüngül” adlandırılan digər siqaretlər çəkirlər. Lakin tibbi araşdırmalar göstərir ki, bu cür siqaretlərin zərəri adi siqaretdən daha çoxdur. Həmin siqaretlər sərinləşdirici təsirə malik olduğu üçün insanlar tüstünü ağ ciyərlərində daha çox saxlayırlar. Bu isə insanların sağlamlığı üçün adi siqaretin təsirindən də böyük təhlükə yaradır. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm