Sağlamlıq
Xərçəngin yeni müalicəsi TAPILDI - Alimlər İNANILMAZI BACARDI
İsveçrəli alimlər xərçəng xəstəliyi ilə mübarizədə yeni üsulu uğurla sınaqdan keçiriblər.
Publika.az xəbər verir ki, Bazel Universitetində siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində alimlər xərçəng hüceyrələrinin piy hüceyrələrinə çevrilməsinə nail olublar. Bu üsul sayəsində şişlərin metastazlar yaratmasının qarşısı alınıb.
Tədqiqatçı qrupun rəhbəri Qerhard Xristofori əldə olunan nəticələri izah edərkən bildirib ki, bu uğurda yeni hazırlanmış təsir maddələrinin kombinasiyası mühüm rol oynayır. Eyni zamanda, xərçəng hüceyrələrinin yüksək plastik təbiətə malik olması və öz bioloji xarakterini dəyişə bilməsi alimlər üçün mühüm faktorlar olub. Alim qeyd edib ki, qan dövranında hərəkət edən və dəyişkən xassəyə malik xərçəng hüceyrələri sürətlə yayıla bildiyi kimi, digər hüceyrələrə çevrilmə xassəsinə də malikdir. Məhz bu xassəni nəzərə alan alimlər bədxassəli xərçəng hüceyrələrini “yenidən proqramlaşdırmağa” və onların təhlükəsiz piy hüceyrələrinə çevrilməsinə nail olublar. Xərçəng hüceyrələri piy hüceyrələrinə çevrildikdən sonra yayılma dayanıb və hərəkətsiz hala gələn yeni hüceyrələr orqanizm üçün heç bir təhlükə yaratmayıb.
Rosiqlitazon və trametinib adlı iki maddənin kombinasiyasından ibarət preparat siçanlar üzərində uğurla sınaqdan keçirilsə də, onun uzun müddət tədqiqat yolu keçməsi lazım gələcək. Alimlər bildiriblər ki, yeni preparatın əsas üstünlüklərindən biri də xərçəng hüceyrələrinin inkişafını dayandırmaqla yanaşı, eyni zamanda, digər orqanlara mənfi təsir göstərməməsidir. Hazırda döş vəzi xərçənginə qarşı sınaqdan keçirilən yeni mübarizə üsulunun xərçəng xəstəliyinin digər formalarına qarşı da tətbiqi nəzərdə tutulur.
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi