Sağlamlıq
Məşhur professor hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏLƏRDƏN danışdı: “Ölüm halları artıb”
Türkiyəli professor Mehmet Ceyhan koronavirusun yeni mutasiyalarının artmasından sonra hamilə qadınlar arasında virus səbəbiylə ölüm hallarının çoxaldığını bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim hamiləlik dövründə qadınlarda immunitetin zəiflədiyini deyib: “Bu səbəbdən hamilə qadınlardakı həssaslığı immunosupressiv dərman və ya xərçəng müalicəsi üçün dərman qəbul edən insanda ortaya çıxan immunitet zəifliyi kimi düşünmək olar. Mutasiyaya uğramış koronavirus həqiqətən də körpənin ana bətnində ikən ölümünə səbəb olur. Bəzi hamilə qadınlar isə körpəsi ilə birlikdə dünyasını dəyişir.
Mutasiyaya uğramış koronavirus problemi ortaya çıxmazdan əvvəl hamilə qadınlara doğuşdan sonra peyvənd vurdurmağı tövsiyə edirdik. Amma indi hamiləliyin ilk 3 ayından sonra dərhal peyvəndlənmələrini istəyirik. Bu, sadəcə koronavirusda rast gəlinən hal deyil, qripdə də eyni hal baş verir. Qripin də bu şəkildə yayıldığı zamanlarda daha çox yaşlılara təsir edir və bir çoxu dünyasını dəyişir. Amma H1N1-in başqa bir növündən daha çox uşaqlar və gənclər təsirlənir, həm də hamilələr arasında ölüm hallarına rast gəlinir.
Hamilələr risk qrupuna daxildir, özlərini mümkün qədər qorumalıdır. İki əsas qayda var: maska və sosial məsafə. Virus birinin ağzından, birinin isə burnundan çıxa bilər, odur ki, hər kəslə maskada olarkən ünsiyyət saxlayın. Maska taxmayan insanlardan uzaq olun, eyni zamanda sıxlıq olan yerlərə getməyin”.
Türkiyədə 17 günlük karantindən söz açan professor qeyd edib ki, qapanma müddəti bitdikdən dərhal sonra əvvəlki həyata qayıtmaq doğru deyil: “18-ci gün normal həyata qayıtmamalıyıq. Yoxsa boşuna qapanmış olarıq. Əks halda, yoluxma sayı yenidən eyni vəziyyətə qayıdacaq. İnsanlar pandemiya ilə mübarizədə ən effektiv yolun vaksinasiya olduğunu anlamalıdır”.
Aytən Məftun
-
Sosial12:15
Sabah yağış yağacaq
-
Müsahibə11:20
“Puma”dakı yeganə azərbaycanlı: Müraciətimdən bir saat sonra zəng etdilər ki...
-
Sosial11:00
Xarici investorlar Azərbaycanın tikinti sektorunda: Nə gözlənilir?
-
Sağlamlıq10:40
Bu saatlarda alma yemək olmazmış - İnanılmaz zərərləri ortaya çıxdı
-
Ekopublika.az10:00
"S&P"dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
-
Nəqliyyat09:25
Bu yolda sürət həddi endirildi
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...