Sağlamlıq
Hava proqnozu - 21 avqust
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir
güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq uzun müddət davam edən kəskin isti hava şəraitindən sonra avqustun 21-dən 23-ü gündüzədək bəzi rayonlarda, əsasən də Kür vadisi rayonlarında, həmçinin Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı enəcək.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ