Sağlamlıq
Genetikamız çəkimizə necə təsir edir?
FTO və MC4R genlərindəki pozğunluqlar çəkinin artması və həddindən artıq yemək riskini artıra bilər.
Publika.az xəbər verir ki, aktivliyin azalması, hormonal disbalans və dərmanlar piylənməyə səbəb olsa da, genetika mühüm rol oynayır. Bu barədə "MyGenetics" bioinformatika şirkətinin əməkdaşı Levina məlumat verib.
Levinanın sözlərinə görə, FTO qanda leptin və qrelinin miqdarının - toxluq hormonlarının tənzimlənməsinə cavabdehdir. Yemək yeyərkən beyin tox olduğunu bildirir. Ancaq gen pozulubsa, doyma mesajı çox gec gedir, buna görə də insan ehtiyac duyduğundan daha çox yeyir. Çoxsaylı tədqiqatlar göstərib ki, qüsurlu FTO olan insanların çəkisi normal genotip daşıyıcılarından üç kiloqram çoxdur. MC4R geni yeməkdən sonra toxluq hissi və aclığı yatırmaqdan məsuldur. Pozğunluq varsa, dolğunluq hissi tez keçir və insan yenidən yemək istəməyə başlayır.
Levina qeyd edib ki, uşağın ən azı bir valideynində qüsurlu gen varsa, piylənmə riski artır. Xüsusilə genetik faktorların təsiri uşaqlıq dövründə özünü göstərir, buna görə də uşağa bədəni dinləməyi öyrətmək vacibdir.
"Genetik risk faktorlarının olması uşağın da həddən artıq kökələcəyi demək deyil. Bu, yalnız meyldən xəbər verir. Genetika həyat tərzi və yaxşı vərdişlərlə kompensasiya edilə bilər", - ekspert Gazeta.ru-ya müsahibəsində əlavə edib.
Aytən Məftun
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək