Səhiyyə
Azərbaycan Belarusdan 4 milyon dollarlıq dərman alacaq

Azərbaycan Belarusun Borisovski dərman preparatları zavodu ilə 4 milyon dollar məbləğində dərman tədarükü barədə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə “Belfarmprom” holdinqinin idarəetmə şirkəti” respublika unitar müəssisəsinin baş direktor müavini Viktor Şein məlumat verib.
Müqavilə sentyabrın 28-dən 30-dək “Baku Expo Center”də keçirilən XXIII Azərbaycan beynəlxalq səhiyyə sərgisinin yekunu üzrə imzalanıb.
Həmin zaman Belarus nümayəndə heyətinə səhiyyə naziri Valeri Malaşko rəhbərlik edib.
"Sərgi çərçivəsində Azərbaycana dərman preparatlarının satışı üzrə müqavilələr imzalanıb. Dəyəri 4 milyon dollar olan ən çox müqavilə “Borisovski dərman preparatları zavodu” ASC-nin direktoru ilə imzalanıb", - deyə Viktor Şein əlavə edib. (report)

-
Region22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb