Səhiyyə
“Bu məsələ ciddi problem yaradacaq” - Deputat
“Azərbaycanda klinik farmakologiya üzrə bir müddət əvvəl axtaranda bir nəfər ixtisasçı tapdıq. Bu gün qanuna edəcəyimiz dəyişiklikdən sonra isə bu məsələ ciddi problem yaradacaq”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov Milli Məclisdə “Dərman Vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bu qanunun qəbulundan sonra 600-dən çox dövlət və özəl xəstəxanalarında farmakoloqlar təyin olunmalıdır: “Bu şəxslər vəzifələrinin ciddiyyətinin fərqində deyilsə, bu, bizə problemlər yaradacaq. Hesab edirəm bu maddə qanundan çıxarılmalıdır”.
Millət vəkili son günlər istər Milli Məclisdə, istərsə də cəmiyyətdə saxta dərmanlarla bağlı müzakirə olunan məsələyə də münasibət bildirib:
“Saxta dərman və qanunsuz gətirilmə ifadələri bir-biri ilə qarışdırılır. Qanunsuz ölkəyə gətirilən dərmanlarla bağlı aparılan tədbirlər təqdirəlayiqdir. Lakin qanunsuz qəbul edilən dərmanların ölkədə olmamasından bu gün tibb işçiləri müalicə işinin normal aparılmaması ilə üz-üzəyik. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən tədbirlərin görülməsinə ehtiyac var”.
Millət vəkili Əhliman Əmiraslanov ölkədə farmakologiya sahəsində mütəxəssislərin sayının yetərli səviyyədə olmadığını deyib.
Gülxar
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi