Səhiyyə
Bakının bu ərazilərində yoluxma sayı yüksəkdir
Bu gün COVID-19-a yoluxmada sağalanların sayı yoluxanları ötüb.
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, qış aylarında sərt karantin rejiminin tətbiqi ilə yoluxma sayında azalma baş verdi: "18 yanvardan etibarən isə ölkəmizdə vaksinasiya başladıldı. Bu gün sosial aktivlikləri saxlasaq da, yoluxmada enmə müşahidə olunur. Hazırda epidemioloji vəziyyət nəzarət altında saxlanılır deyə bilərik. Xəstəliyin yaş qrupları arasında bölünməsi haqqında danışsaq, istər pandemiyanın başlanması mərhələsində, istərsə də hazırda yaş qrupları dəyişməyib. Qadınlar və kişilər arasında bölgüyə baxdıqda, qadınlar arasında yoluxma daha yüksəkdir. Regionlar üzrə isə 54% yoluxma Bakının payına düşür. Bakıda Binəqədi və Xətai rayonlarında yoluxma sayı yüksəkdir. Bölgələrdə isə vəziyyət stabil olaraq qiymətləndirilə bilər".
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika11:42
İlham Əliyev Çavuşoğlunu qəbul etdi
-
Dünya11:16
Əsəd yardım üçün Kremlin qapısını döydü: Putindən gözlənilməz cavab
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO