Karantin qaydalarından tam yaxa qurtarmaq üçün... - Deputat çıxış yolundan danışdı
Bizi izləyin

Səhiyyə

Karantin qaydalarından tam yaxa qurtarmaq üçün... - Deputat çıxış yolundan danışdı

“Hazırda Azərbaycanda müsbət dinamika hökm sürür. Yoluxanların sayının azalmasını müşahidə edirik. Bu müsbət haldır. Çox güman ki, buna əsas səbəb ölkəmizdə vaksinasiya prosesinin genişlənməsi ilə əlaqədardır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkilinin fikrincə, əhalinin təqribən yetmiş faizdən çox hissəsinin vaksinasiya olunmasından sonra demək olar ki, Azərbaycanda bu istiqamətdə çox ciddi dəyişiklik müşahidə ediləcək:

“Pandemiya ilə mübarizədə böyük uğur qazanılacaq. İndiki məqamda ən mühüm amillərdən biri ölkəyə yeni vaksinlərin gətirilməsidir. Bu proses davam edir. Çox etibarlı "Fayzer" vaksini mutasiyanın bütün formalarının qarşısını almaq iqtidarındadır. Kollektiv umminitetin yaranması üçün əhalinin 70 faizinin faksinasiya olunması vacibdir. Bu proses etibarlı vaksinlərlə həyata keçirilməlidir. O zaman karantin tədbirlərindən qurtulmaq mümkündür. Həmin yüksək nəticələrin əldə olunması üçün vaksinasiya prosesi tam sürətlə davam etdirilməlidir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm