Bakıda çörəyin içindən elə bir şey çıxdı ki... - VİDEO
Bizi izləyin

Sosial

Bakıda çörəyin içindən elə bir şey çıxdı ki... - VİDEO

Bakıda Yeni Yasamalda yerləşən mağazaların birindən çörəyin içindən ip çıxmasına İqtisadiyyat və Sənaye Nazirliyi münasibət bildirib.

Bakıda Yeni Yasamalda yerləşən mağazaların birindən çörəyin içindən ip çıxmasına İqtisadiyyat və Sənaye Nazirliyi münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, istehlakçı çörəyin içindən ip çıxması ilə bağlı İqtisadiyyat Nazirliyinin 195-2 çağrı mərkəzinə və Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498 15 01, 498 15 04 nömrəli telefonalrına müraciət edə bilər.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda müasir çörək istehsalı ilə müəssisələri qurulub və özəl şirkətlərə də bu baxımdan dövlət dəstəyi göstərilib. Hazırda ölkədə çörək istehsalı bütövlükdə özəl şirkətlər tərəfindən həyata keçirilir. Müasir çörək istehsalı müəssisələrin hər birində istehsal prosesi elə qurulub ki, onlara kənar cisimlərin düşməsi qeyri mümükündür.

"Ümumiyyətlə istehlak bazarında hər-hansı problemlə qarşılaşan vətəndaş İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əlaqə nömrələrinə müraciət edə bilərlər. Nazirlik müraciətləri operativ şəkildə araşdırmağa və istehlakçı hüquqlarının müdafiəsi üçün hər zaman hazırıq".- A.Əliyev deyib.

Qeyd edək ki big.az-ın əldə etdiyi məlumat görə, Yeni Yasamalda yerləşən mağazaların birindən çörəyin içindən təxminən 1 metr uzunluğunda ip çıxması ilə bağlı məlumat yayılıb. Məlumata görə, çörək "Ulduz" zavoduna məxsusdur.

Videodan görünür ki, vətəndaş çörəyi kəsir və çörəyin içindən ip çıxır. (sonxeber)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm