Sosial
"Çudo Peçka"da maaş üsyanı – Röyanın qayınatası gizlənir
“Çudo Peçka” mağazalar şəbəkəsində çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmir.
8 aya yaxın maaşsız işlədiyini deyən Sədaqət İsmayılova
Femida.az-a müraciət edib. O, bildirib ki, bir
günün içində işsiz qalıb:
“Ötən il 2015 iyul ayının 9-dan "Çudo Peçka" mağazalar şəbəkəsində
işləyirəm. İşə girərkən əmək müqaviləsi üçün ərizə yazdım, amma
müxtəlif bəhanələrlə surətini vermədilər. Bu ilin fevral ayında
şirkətdə ixtisar oldu, müdriyyət dəyişdi. Azad müəllim işdən
kənarlaşdırıldı. 3 ay yarım maaşımızı vermədilər. Burada tək məndən
deyil, yüzlərlə insandan söhbət gedir. Hamını müvəqqəti məzuniyyət
adı ilə işdən çıxarırlar. Fevral ayında da bu adla işdən çıxarsalar
da onlar geri dönmədi. İnsanları pul verməmək üçün işdən
uzaqlaşdırırlar”.
Şikayətçi “Çudo Peçka``nın keçmiş sahibi Çingiz Cəlilovun
şirkətə yenidən qayıtdıqdan sonra 4 ay ərzində maaş vermədiyini
deyir:
“Şirkət Çingiz Cəlilova qaytarıldıqdan sonra işçilər arasında
adımın olub-olmamasını kompyuterdə yoxlatdırdım. Mühasib dedi ki,
adım onlar arasında yoxdur. O, bunu son 2 ildə işə götürülənlərin
maaş cədvəlində adları getsə də, qeydiyyata salınmadıqları ilə
əsaslandırdı. Fevral ayından sonra şirkətin adının dəyişdirilməsi
ilə bağlı bizi çağırıb ərizə yazdırdılar. Çingiz Cəlilov 4 aydır
maaşımızı vermir. Əvvəlcə gələndə 2 ay maaş verdi, daha sonra
yox”.
Sədaqət İsmayılova şirkətin rəhbəri Çingiz Cəlilov olsa da,
oğlu Anar Cəlilovun məsuliyyət daşıdığını bildirib.
“Şirkəti oğlu Anar Cəlilov işlədir. Heç onun da üzünü görməmişik,
adamların qabağına çıxmır. Məsələ ilə bağlı həmişə kimi isə
göndərir. Hamınını aldadırdı ki, Çingiz müəllim bu gün pulla
gələcək, sabah gələcək. Belə sözlərlə bizi yola verirdilər. Ancaq
hamını işdən çıxardılar”.
Məsələ ilə bağlı işçilər bir neçə quruma şikayət etsələr
də, heç bir nəticəsi olmayıb:
“Bu yaxınlarda məsələ ilə bağlı televiziylaradan gəlib çəksələr də,
yayımlanmadı. "Çudo Peçka"nın digər mağazalarından gəlib Anar
müəllimlə danışıb gediblər. Yəqin ki, onların cibi dolub, işçilərin
cibi boş qalıb. Heç kim bilmir ki, insanların bu qədər şikayətləri
niyə cavabsız qalıb”.
Xatırladaq ki, 2001-ci ildə fəaliyyətə başlayan "Çudo Peçka"nun 14
mağaza-kafesi olub. Sonradan mağazalar şəbəkəsi şirkətin qurucusu,
iş adamı Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə
şirkət yenidən iş adamına qaytarılıb. Bir neçə gün öncə isə
Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka”
mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ)
ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini
bildirib. Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar
Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov
işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.
Qeyd edək ki, Anar Cəlilov müğənni Röya Ayxanın keçmiş həyat
yoldaşıdır.
-
İdman12:13
Ulduzlar yeni ili belə qarşıladılar - FOTOLAR
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO