Sosial
Fazil Mustafa xanım həmkarlarına müraciət etdi: Siqaretlə bağlı
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fazil Mustafa parlamentdə təmsil olunan xanım həmkarlarına müraciət edib.
Publika.az xəbər verir ki, müraciətində F.Mustafa ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyilmasının tələb olunmasını bildirib.
“Xüsusilə də məktəb yaxınlarında tütün məmulatları satan mağazalar var. Lap ora reklam yapışdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkilən yerlər məktəbliləri, azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarıma müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar”.
Milli Məclis sədrinin müavini Bahar Muradova deputatın bu fikirlərinə dəstək verdiyini söyləyib:
“Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa, həm də şəxsi büdcəyə faydalı olardı. Ona görə də biz xanım millət vəkilləri bu məsələdə təşəbbüskar olmuşuq və bundan sonra da olmağa hazırıq”.
Deputat Gövhər Baxşəliyeva isə qeyd edib ki, cərimələri artırmaqla bu problemin qarşısını almaq mümkünsüzdür:
“Bununla ictimai yerdə siqaretin çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirilməyə üstünlük verilməlidir”.
Vasif Həsənli
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək