Sosial
Azərbaycanda yerli məhsul və istehsalçılarla bağlı portal yaradılacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb.
Publika.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.
Sənədə əsasən, Mərkəz Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin edir.
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO