Sosial
Şamaxıda multikultural dəyərlər müzakirə olundu
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirib.
Publika.az-ın xəbərinə görə, layihənin rəhbəri Asəf Quliyev layihənin məqsədi və görülən işlər barədə danışıb. O, mövcud ictimai-siyasi mühitdə din faktorunun əsas rol oynadığını və bəzən din amilindən sui-istifadə hallarının olduğunun deyib. Layihə rəhbəri radikalizmlə mübarizə məsələlərindən danışaraq, bələdiyyələrin və məhəllə komitələrinin bu sahədəki görə biləcəyi işləri diqqətə çatdırıb: “Qeyri-ənənəvi cərəyanlarla mübarizə üsullarından biri ictimai qınaqdır. Biz hər birimiz cəmiyyətdəki neqativ halları məhz ictimai qınaq vasitəsilə aradan qaldıra bilərik. Eyni zamanda ağsaqqallıq institunun bu məsələdə önə çıxması və gənclərin doğru yola gəlməsində rolu əvəzsizdir”.
Layihənin koordinatoru Bəxtiyar Məmmədli qeyd edib ki, bu gün dünyada ekstremizm və radikalizm meyllərinin artması bir dövlət olaraq bizi bu sahəyə diqqət ayırmağa sövq edir. Onun sözlərinə görə, tarixən Azərbaycanda mövcud olan tolerant mühitə kənar mənfi müdaxilələr özünü göstərməkdədir: “Bələdiyyə ərazilərində fəaliyyət göstərən məhəllə komitələri ekstremiz və radikalizmlə mübarizədə rolu daha böyükdür. Çünki bu məhəllə komitələrinə yerlərdə sayılıb-seçilən insanlar daxildir və onların təsir imkanları daha genişdir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycanda həyata keçirilən dövlət-din siyasəti barədə danışıb. O, dini radikalizmlə mübarizədə dini maarifləndirmənin əhəmiyyətini vurğulayıb: “Radikalizmi doğuran başlıca səbəblərdən biri din haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir. Dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara və qruplara cəlb edilməsi daha asan olur. Ona görə də dini radikalizmlə mübarizədə, ilk növbədə, dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir”.
Qeyd edək ki, analoji tədbir Şamaxı rayonun Sabir qəsəbəsində də keçirilib.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO