• USD 1,7000 0,00% EUR 1,8962 -0,23%
    • GBP 2,1648 -0,45% RUB 0,0263 0,00%

Vüqar Səfərli: “Elektron mətbuatın maliyyələşməsi məsələsi yaxın günlərdə həllini tapacaq”

Vüqar Səfərli: “Elektron mətbuatın maliyyələşməsi məsələsi yaxın günlərdə həllini tapacaq”

“Elektorn mediaya ayrılacaq vəsait bütün portallara şamil edilməyəcək”.

Publika.az xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bu gün Milli Məclisdə aparıcı KİV rəhbərləri ilə görüş zamanı bildirib.

V.Səfərli elektron mediaya maliyyə ayrılan zaman bütün internet portalarının bundan yararlana bilməyəcəyini söyləyib:

“Çünki, bu gün xəbər portalların əksəriyyəti bir-birindən köçürərək fəaliyyət göstərir. Belə olan halda, onlara nə ehtiyac var? Lakin elə saytlarımız da var ki, onlar bir neçə dildə fəaliyyət göstərir, həqiqətlərimizin dünyaya çatdırılmasında xidmətlərə malikdir. Təbii ki, ilk növbədə belə saytlar maliyyələşəcək. Hər gün saysız-hesabsız portallar yaranır. Elə adam var ki, onun 10-12 saytı var. Bu o demək deyil ki, dövlət onların hamısına dəstək göstərəcək. İlk növbədə xarici dildə yayımlanan saytlara dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək”.

V.Səfərli qeyd edib ki, KİVDF yarandığı gündən yalnız çap mediasına dəstək göstərir və hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır:

“Bilirsiniz ki, dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə müzakirə olunur. Ötən il və bu il bir çox qurumların büdcə vəsaitləri azaldılıb. Lakin KİVDF-yə ayrılan vəsait azalmayıb. Hətta ötən il Milli Mətbuat Günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon manat da ayrıldı. Lakin elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq”.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR