Sosial
Yol polisi olmaq istəyənlərin nəzərinə!
Bakı şəhər Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata
görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali
təhsilli, kompüterdə işləmək bacarığı, sürücülük vəsiqəsi olan,
habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı,
25-dən yuxarı olmayan, boyu 180 santımetr və daha yüksək, idman
cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və
yaxın qohumları məhkum edilməmiş, yalnız Bakı şəhərində yaşayış
yeri üzrə qeydiyyatda olan “Azərbaycan Respublikası daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş
digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə
bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki
hazırıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və
sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici
dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış
namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin oktyabr
ayının 20-dən noyabr ayının 8-dək hər gün (istirahət günləri
istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi
İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi,
M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək
aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- Hərbi bilet (kişilər üçün)
- əmək kitabçası (olanlar üçün)
- sürücülük vəsiqəsi
- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd ( sertifikat və
s.)
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi